İyunun 12-də Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə ölkəsinin Dövlət bayramı - Rusiya Günü münasibətilə təbrik məktubu göndərib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
“Ə.Əsədov dövlət başçılarının səyləri sayəsində çoxəsrlik təməli olan Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayıb”, – deyə təbrikdə bildirilir.
Məktubda, həmçinin Azərbaycan ilə Rusiya arasındakı qarşılıqlı faydalı əməkdaşlığın hər iki ölkənin xalqlarının mənafeyi naminə birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidvarlıq ifadə olunub.*
B.Rüstəmbəyov