2020-ci ilin yanvar-aprel aylarında Azərbaycan 10 milyon 258,9 min ton neft ixrac edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $3 milyard 123 milyon 553,2 min (azalma 35,1%) təşkil edib.
2020-ci ilin yanvar-aprel aylarında Azərbaycan 4 milyard 689,9 milyon kubmetr qaz ixrac edib (artım 6,6%). Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $1 milyard 11 milyon 220,8 min (artım 20,8%) təşkil edib.
Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycan $14 milyard 447 milyon məbləğində 114 тыс 31 milyon 238 min ton neft, $2 milyard 569 milyon 583,3 min məbləğində qaz ixrac edib.
Hazırda Azərbaycan qazı Gürcüstan və Türkiyəyə ixrac edilir.** N.Abbasova