2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda əhalinin sayı 14,473 min nəfər və ya 0,1% artaraq 2020-ci il mayın 1-nə 10 mln. 81,581 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.
Cari ilin 4 ayı ərzində ölkə üzrə 34,749 min doğulan körpə qeydə alınıb, bu da 2019-cu ilin göstəricisindən 22,3% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 10,6 təşkil edib. Yeni doğulan oğlanlar 53,1% qızlar – 46,9% təşkil edib. Körpələrin 912-si əkiz, 30-u üçəm doğulanlardır.
Bu dövr ərzində 20,519 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 6,2 (2019-cu ilin 4 ayı ərzində göstəriciyə uyğundur) təşkil edib.
Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 13,738 min nikah (2019-cu ilin yanvar-aprel ayları ylə müqayisədə azalma 24,8%) və 4,287 min boşanma halı (azalma 22,9%) qeydə alınıb.
Bu dövrdə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 571 nəfər gələn və 328 min nəfər ölkədən gedən qeydə alınıb.** X.Nəsirzadə