Cümə günü Azərbaycanda 336 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilir.
“Bu gün daha 336 nəfərdə koronavirus infeksiyası aşkar olunub. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. Həmçinin, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - Qərargahdan qeyd olunub.
Ümumilikdə, Azərbaycanda 9218 nəfərdə COVİD-19 aşkar olunub, 5113 nəfər sağalıb, 113 nəfər vəfat edib.
Hazırda 3992 nəfər xüsusi rejimli xəstəxanalardadır.
İndiyədək ölkədə koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 368,254 min test aparılıb. **
N.Abbasova