Azərbaycanda 352 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 9570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5309 nəfər müalicə olunaraq sağalıb, 115 nəfər vəfat edib.
“4146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə