Azərbaycan Ordusunun hərbi qulluqçuları Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün bu gün Moskva şəhərinə yola düşüblər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“İyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcək Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti bu gün Moskva şəhərinə yola düşüb”, - deyə məlumatda bildirilir.
Hərbi paradda hərbçilərimiz ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi edəcəklər.*
X.Nəsirzadə