Dağıstanda Rosqvardiyanın (Rusiya Federal Milli Qvardiya Qoşunlarının Xidməti) regional idarəsi və DİN əməkdaşları Azərbaycan vətəndaşlarının müvəqqəti yerləşmə məntəqəsinə gəliblər . Azərbaycan vətəndaşları dövlət sərhədindən onları vətənə buraxmağı tələb edirlər. Bu barədə “İnterfaks-Cənub”a Dağıstanın Dərbənd rayonu administrasiyasından məlumat verilir.
"Müvəqqəti məntəqədə olan Azərbaycan vətəndaşları onları vətənə buraxmağı tələb edirlər. Bununla əlaqədar burada çaxnaşma baş verib. Bu səbəbdən Rosqvardiya və DİN əməkdaşları buradadırlar”, - agentliyin həmsöhbəti bildirib.
Hazırda hökumət və hüquq-mühafizə orqanları münaqişələrin səbəbini aydınalaşdırırlar.
May ayında Dağıstanın sərhədyanı rayonlarında vətənə qayıtmağa cəhd edən yüzlərlə Azərbaycan vətəndaşı toplaşıb. Bununla əlaqədar müvəqqəti yerləşdirmə məntəqəsi yaradılıb. **