Daxili İşlər Nazirliyinin Komendant Xidməti təmir işlərinin aparılması üçün «Isbo Group» MMC-ni cəlb edib. Şirkətlə ümumi dəyəri 650 min manat təkil edən iki müqavilə imzalanıb.
Birinci müqavilə DİN-in mərkəzi inzibati binasının 7-9 mərtəbələrində əsaslı təmir işlərinin aparılmasını nəzərdə tutur. İmzalanan müqavilənin dəyəri – 500 min manatdır İkinci müqaviləyə fasad, zirzəmi, çardaq, həyət və DİN-in mərkəzi inzibati binasının digər hissələrində təmir işlərinin aparılması daxildir. Müqavilənin dəyəri – 150 min manatdır. **
X.Nəsirzadə