2020-ci ilin I rübündə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin həcmi $549 milyon təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 18% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“2020-ci ilin I rübündə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin həcmi ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 18% - $549 milyona qədər azalıb. Turizm xidmətləri balansının profisiti $14,3 milyon təşkil edib ki, bu da 2019-cu ilin I rübünün göstəricisindən 2,3 dəfə azdır”, - deyə AMB-nin cari ilin yanvar-mart ayları üzrə tədiyə balansına dair məlumatında qeyd olunur.
Hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan vətəndaşlarına $281,7 milyon məbləğində turizm xidmətləri göstərilib. "Bu məbləğin 86%-i Azərbaycan vətəndaşlarının xaricə səfərlər zamanı sərf etdikləri vəsaitin payına düşüb”, - deyə məlumatda bildirilir.*
Ə.Məmmədov