2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana 279,8 min ton buğda idxal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 46,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $60 milyon 841,3 min (azalma 48%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $16 milyon 552,2 min dəyərində (azalma 55,3%) 48,038 min ton şəkər xammalı və şəkər (azalma 51,2%), $44 milyon 184,8 min dəyərində (artım 36,5%) 50,57 min ton bitki yağı (artım 17,4%), $17 milyon 275,1 min dəyərində (artım 3,5 %) 4,563 min ton çay (artım 4,3%), $26 milyon 760,7 min dəyərində (artım 30%) 5,353 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 30,1%) idxal edilib.
Bu dövrdə respublikaya $12 milyon 858,4 min dəyərində (artım 43,3%) 3,461 min ton iribuynuzlu heyvan əti (artım 21,7%), $12 milyon 575,1 min dəyərində (azalma 3,7%) 10,807 min ton quş əti və quş əti məhsulları (azalma 12,7%) idxal edilib.
Yanvar-aprel aylarında Azərbaycana $48 milyon 573,8 min dəyərində (artım 8%) 55,414 min ton meyvə (artım 14,6%), $7 milyon 350,1 min dəyərində (artım 24%) 14,501 min ton tərəvəz (artım 20,5%), $23 milyon 802,8 min dəyərində (artım 2,3%) 86,903 min ton kartof (azalma 2,7%) idxal edilib.
Hesabat aylarında ölkədən $79 milyon 985,2 min dəyərində (artım 42,1%) 65,945 min ton tərəvəz (artım 17,2%), $69 milyon 877,7 min dəyərində (azalma 21,6%) 47,637 min ton meyvə (azalma 32,8%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $4 milyon 503,5 min dəyərində (artım 1,5%) 10,961 min ton şəkər (artım 10,9%), $3 milyon 566.4 min dəyərində (artım 1,7 dəfə) 4,217 min ton bitki yağı (artım 2 dəfə) ixrac edilib.
Cari ilin yanvar-aprel ayında Azərbaycan $5 milyon 111 min dəyərində (аrtım 21,5%) 3,656 min ton meyvə və tərəvəz şirələri (azalma 4%), $804,9 min dəyərində (azalma 56,1%) 49,3 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 62,7%), $3 milyon 240,9 min dəyərində (аrtım 11,6%) 2,188 min ton meyvə və tərəvəz konservləri (artım 6,1%), $4 milyon 24,6 min dəyərində (azalma 25,3%) 1,661 ton tütün (azalma 27,8%) ixrac edib.** B.Rüstəmbəyov