Milli Məclis iki əməkdaşında COVİD-19 koronavirus aşkar olunub. Bu barədə Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir.
“Aparılan testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD 19 testinin nəticəsi müsbət çıxıb. Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar”, - məlumatda qeyd olunur.
Məlumata əsasən, həmin şəxslər özlərini yaxşı hiss edirlər, onlarda xəstəliyin əlamətləri müşahidə edilmir. **
X.Nəsirzadə