Ermənistanın hazırki rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində əvvəlki hakimiyyətin səhvlərini təkrarlamağa davam edir. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim belə hesab edir.
“Azərbaycan müstəqillik əldə etdiyi 1991-ci ildən etibarən indiyədək Türkiyə Ermənistan tərəfindən Dağlıq Qarabağın işğalı məsələsində Azərbaycanı dəstəklədiyini bəyan edib. Biz bu məsələnin beynəlxalq hüquq əsasında tam həllini arzu edirik. BMT TŞ-nin qərarları aydındır, Azərbaycan ərazisi işğal altındadır və bu işğal başa çatmalıdır”, - İbrahim Türkiyənin “Cumhuriyyet” nəşrinə bildirib.
Həmçinin, səfir yaxın zamanda ATƏT-in Minsk qrupunun himayəsi altında münaqişənin həlli üçün planlaşdırılan görüşlərin səmərəliliyini ifadə edib.
“Ermənistanda yeni hakimiyyət köhnə administrasiyanın səhvlərini davam edir”, - İbrahim əlavə edib. **
N.Abbasova