Azərbaycanda 2020-ci ildə hərbçilər üçün təxmionın 450 mənzil istifadəyə veriləcək. Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
“Cari ildə müxtəlif bölgələrdə, xüsusilə cəbhəboyu zonada yerləşən bir sıra hərbi hissədə 250-dən artıq xidməti mənzil istifadəyə verilib. Bu ilin sonunadək isə daha 200-dək xidməti mənzilin tikintisinin sona çatdırılması planlaşdırılır”, - Həsənov yeni hərbi şəhərcik ərazisində hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş yeni binanın açılış mərasimində bildirib.
Hərbi şəhərcik kompleksinin açılışında ərazidəki qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanası, avtomobil parkı, müxtəlif təyinatlı döyüş silah və sursatlarının saxlanması üçün anbarlar, eləcə də digər infrastruktur obyektlərinə baxış keçirilib. **
X.Nəsirzadə