Vətəndaşların vətənə qayıtması probleminin nizamlanması məqsədilə Azərbaycanın nümayəndə heyəti Dağıstana gəlib. Bu barədə “İnterfaks-Cənub”a Dağıstan Respublikası Dərbənd rayonunun rəhbəri vəzifəsini icra edən Fuad Şıxıyev məlumat verib.
“Dağıstanın rəhbəri Vladimir Vasilyev Azərbaycanda gələn rəsmi şəxslərlə görüşüb. Məsələ tam həllini tapıb. Avtobuslar gətirilib. Kvota – 155 nəfərdir. Onlar hamısı bu gün evlərində olacaq”, - Şıxıyev bildirib. **