2020-ci ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 13 milyon 773 min 410,51 ton neft məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $5 milyard 71 milyon 228,58 min dəyərində neft ixrac olunub.
Yanvar-may aylarında neft ixracı ötən ilin analoji dövrü ilə müqayisədə miqdar ifadəsində 2,1%, dəyər ifadəsində - 24,6% azalıb.
Yanvar-may aylarında ümumi ixrac strukturunda neftin payı 72,74% təşkil edib.
2019-cu ildə $14 milyard 814 milyon 132,71 min dəyərində 30 milyon 837,085 min ton bəyan edilmiş neft ixrac edilib (miqdar ifadəsində 4,5%, dəyər ifadəsində 5,8% artım). ** N.Abbasova