Azərbaycanın gömrük orqanları İrandan 108 kq heroin qaçaqmalçılığının qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
“Azərbaycandan tranzit keçməklə İran İslam Respublikası Astara şəhərindən Ukrayna Respublikasının Kiyev şəhərinə yemiş, pomidor və badımcandan ibarət tərəvəz yükü aparan yük avtomobili saxlanılıb və avtomobilə gömrük yoxlaması tətbiq edilib. Nəticədə 108 kiloqram spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb”, - deyə məlumatda bildirilir.
Heroin tərəvəzlərin altında gizlədilmiş yeşiklərdə aşkarlanıb.*
X.Nəsirzadə