2020-ci ilin yanvar-may aylarında Azərbaycana $241 milyon 332,98 min dəyərində 19,678 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə idxal 26,3% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $203 milyon 835,21 min dəyərində 18,425 min ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə minik avtomobillərinin idxalı 30% artıb.
2020-ci ilin may ayında ölkəyə $39 milyon 912,45 min dəyərində 2,482 min ədəd nəqliyyat vasitəsi, o cümlədən $37 milyon 490,06 min dəyərində 2,405 min ədəd minik avtomobili gətirilib.
Cari ilin yanvar-may aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş $17 milyon 862,10 min dəyərində 1,114 min ədəd motorlu nəqliyyat vasitəsi (azalma 12,6%) və $12 milyon 95,76 min dəyərində 68 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 4,2%) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $7 milyon 539,91 min dəyərində 71 ədəd (artım 1,4%) motorlu nəqliyyat vasitəsi gətirilib.
Yanvar-may aylarında Azərbaycana $10 milyon 153 min dəyərində 1,171 min ədəd hibrid avtomobil və $4 milyon 201,25 min dəyərində 81 ədəd elektrokar idxal edilib.
2019-cu ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2018-ci illə müqayisədə 65,2% - 47,71 min ədədə qədər artıb.*
B.Rüstəmbəyov