Dağıstanda olan 150-dən çox Azərbaycan vətəndaşı bu gün avtobuslarla vətənə yola düşüb. Bu barədə Dərbənd Rayon Administrasiyasının mətbuat xidməti Instagram səhifəsində məlumat verib.
“Bu gün 155 Azərbaycan Respublikası vətəndaşı vətənə yola düşüb. Şəhər və Dərbənd rayonu ərazisindəki mehmanxanalarda, Dərbənd və Məhərrəmkənd rayonlarının sərhədlərində yaradılmış müvəqqəti yerləşmə məntəqəsində yaşayan azərbaycanlılar avtobuslarla evlərinə yola düşüblər”, - deyə məlumatda bildirilir.
Azərbaycanda qüvvədə olan qaydalara əsasən, onlar 14 günlük icbari karantinə yerləşdirilirlər.
Dağıstanda qalmış digər Azərbaycan vətəndaşlarının isə gələn həftə vətənə yola salınması planlaşdırılır.*
A.Əzizov