2020-ci ilin yanvar-may aylarında Azərbaycan $236 milyon 509,55 min məbləğində 226 min 772,51 ton meyvə-tərəvəz ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2019-cu ilin yanvar-may ayları ilə müqayisədə meyvə-tərəvəz ixracı miqdar ifadəsində 9,9%, dəyər ifadəsində 1,9% azalıb.
Cari ilin yanvar-may aylarında ixracın ümumi həcmində meyvə-tərəvəzin payı 3,39%, qeyri-neft ixracı strukturunda 32,78% təşkil edib.
Cari ilin yanvar-may aylarında xaricə $123 milyon 89,32 min məbləğində 104 min 860,06 ton pomidor ixrac edilib (2019-cu ilin yanvar-may ayları ilə müqayisədə miqdar ifadəsində artım 14,4%, dəyər ifadəsində artım 18,1%).
Yanvar-may aylarında aşağıdakı məhsullar ixrac olunub: meşə fındığı - $52 milyon 203,88 min məbləğində (azalma 16,8%) 8 min 459,13 ton (azalma 26,5%), alma - $8 milyon 794,92 min məbləğində (аzalma 44,9%) 20 min 867,31 ton (azalma 45,9%), xurma - $14 milyon 135,93 min məbləğində (аzаlma 22%) 17,947,06 min ton (azalma 24,7%), çay - $4 milyon 145,14 min məbləğində (artım 12,3%) 623,46 ton (artım 7,5%).*
N.Abbasova