İyunun sonunda Bakı Kommersiya Məhkəməsində “Standard Insurance” sığorta şirkətinin müflis elan olunmasına dair işə baxılacaq. Bu barədə məhkəmənin elanında deyilir.
“İyunun 23-də “Standard Insurance” sığorta şirkətinin müflis elan olunmasına dair məhkəmə baxışı keçiriləcək”, - deyə elanda bildirilir.
Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 19-da kapital və ödəmə qabiliyyəti ilə bağlı problemlərlə üzləşmiş “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv edib.
“Standard Insurance” sığorta şirkəti Azərbaycanın sığorta bazarında 2002-ci ilin oktyabr ayından fəaliyyət göstərib. Şirkət icbari və könüllü sığortanın 28 növü üzrə xidmətlər təqdim edirdi.*
Ə.Məmmədov