Azərbaycan vətəndaşlarının iştirakı ilə baş vermiş münaqişədən sonra Dağıstanın istintaq orqanları tərəfindən cinayət işi başlanıb. Bu barədə “İnterfaks-Cənub”a İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi rəisinin baş köməkçisi Rəsul Temirbekov məlumat verib.
“Dağıstanın Dərbənd və Məhərrəmkənd rayonlarının sərhədində çadır şəhərciyi və müvəqqəti yerləşmə məntəqəsində olan Azərbaycan vətəndaşlarının törətdiyi iğtişaşlardan sonra istintaq orqanları tərəfindən cinayət işi başlanıb. Hazırda 10 azərbaycanlı şübhəli qismində saxlanılıb”, - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, insident nəticəsində hüquq-mühafizə orqanlarının 9 əməkdaşı xəsarət alıb, həmçinin 5 xidməti avtomobilə zərər dəyib.
“Dəymiş zərər 400 min rubla yaxın qiymətləndirilir”, - Temirbekov dəqiqləşdirilib. **