2019-cu ilin sonuna Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,8 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu barədə BP şirkətinin icmalında deyilir.
İcmala əsasən, 2018-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanın qaz ehtiyatları 2,1 trilyon kubmetr həcmində qiymətləndirilib. Beləliklə, il ərzində qaz ehtiyatları 0,7 trilyon kubmetr və ya 33,3% artıb.
BP qeyd edir ki, 2019-cu ilin yekunları üzrə dünyada sübut edilmiş qaz ehtiyatları 1,7 trilyon kubmetr (0,86%) artaraq 2018-ci ilin sonuna olan 197,1 trilyon kubmetrdən 198,8 trilyon kubmetrə çatıb.
Dünyada qaz ehtiyatlarının ən çox artımı Çin (2019-cu ilin sonuna 2 trilyon kubmetr - 89 trilyon kubmetrə qədər) və Azərbaycanın hesabına təmin edilib.*
N.Abbasova