Ədliyyə Nazirliyi “İdrak Texnoloji Transfer” MMC-dən məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri alacaq.
www.tender.gov.az saytının məlumatına görə, şirkətlə müvafiq müqavilə imzalanıb. Müqavilə elektron nəzarət vasitələrinin tətbiqi üzrə informasiya sisteminin, aidiyyəti avadanlığın və şəbəkə infrastrukturunun il ərzində saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi üzrə xidmətləri nəzərdə tutur.
İmzalanan müqavilənin dəyəri – 906,107 min manatdır. **
X.Nəsirzadə