"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-in Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti əkin sahələrinin su ilə təminatının yaxşılaşdırıması ilə bağlı 3 milyon 806,698 min manat ümumi məbləğdə iki müqavilə imzalayıb.
www.tender.gov.az saytının məlumatına görə, "Oğuz-K" MMC ilə Biləsuvar rayonunun Çinarlı kəndindəki əkin sahələrinin su ilə təmin edilməsi məqsədilə müqavilə imzalanıb. Müqavilənin dəyəri – 450 min manatdır.
"Azərtranss" MMC ilə imzalanan müqavilə Ağstafa rayonunun Muğanlı kəndindəki əkin sahələrinin su ilə təminatının yaxşılaşdırımasını nəzərdə tutur. Müqavilənin dəyəri – 3 milyon 356,698 min manatdır. **
X.Nəsirzadə