Azərbaycan 2020-ci ilin yanvar-may aylarında ərzaq məhsullarının idxalını 2,7% - $649 milyon 880,1 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 341 min 835,27 ton (azalma 38,1%) buğdanın ($74 milyon 614,99 min), 186 min 122,87 ton (artım 9,6%) meyvə-tərəvəz məhsullarının ($104 milyon 821,37 min), 22 min 574,34 ton (artım 11,2%) ətin ($40 milyon 397,31 min), 68 min 355,3 ton (artım 20,6%) bitki və heyvan mənşəli yağların ($63 milyon 275,26 min) payına düşüb.
2020-ci ilin yanvar-may aylarında Azərbaycana $35 milyon 862,5 min dəyərində 7 min 198,35 ton kərə yağı (artım 32,4%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 15,6%-i ərzaq məhsullarının payına düşüb.** N.Abbasova