Dövlət Miqrasiya Xidməti yaxın zamanda ölkədə əcnəbilərin yaşaması üçün yenilənmiş onlayn icazə sistemini istifadəyə verəcək. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
“Hazırda sistemdə sınaq yoxlanış aparılır. Yaxın zamanda, 7-10 gün ərzində əcnəbilər daha rahat formada – onlayn rejimdə Azərbaycan ərazisində yaşamaq üçün sorğular göndərə biləcəklər”, - Hüseynov “Caspian European Club”un təşəbbüs etdiyi “Azərbaycan Respublikasında Xüsusi karantin rejimi dövründə miqrasiya prosesləri” mövzusunda onlayn forumda bildirib.
Onun sözlərinə görə, yenilik ondan ibarətdir ki, əgər öncə əcnəbi Azərbaycanda yaşamaq və ya işləmək üçün fiziki olaraq anketi doldurub və skan edərək sistemə göndərməli idisə, hazırda bütün bunları elektron formada etmək mümkündür.
Həmçinin, Hüseynov qeyd edib ki, (iyulun 1-dən sonar - İF) müxtəlif ölkələrdən Azərbaycana giriş-çıxışa icazə barədə qərar qəbul ediləcəyi halda DMX bu qərarə əsasən 5-15 gün ərzində Azərbaycanda yaşamaq üçün həmin ölkənin vətəndaşların vizalarının uzadılması qaydaları hazırlayacaq. **
X.Nəsirzadə