"Azərbaycan Hava Yolları" QSC çərşənbə günü Moskvadan Bakıya çarter reysi ilə 152 Azərbaycan vətəndaşını çatdırıb.
“ Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" vətəndaşların vətənə qaytarılması ilə bağlı çarter reyslərini davam etdirir. Belə ki, iyunun 17-də çarter reysi ilə 152 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb”, - aviaşirkətdən məlumat verilir. .
Qaydalara əsasən, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.
Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir. ** B.Rüstəmbəyov