Bakı Nəqliyyat Agentliyi (BNA) sahə avadanlıqlarının tam gücü ilə işləməsi üçün mövcud struktur və sistemlərə 12 aylıq texniki xidmətin göstərilməsinə təxminən 1,8 milyon manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, BNA «Techmaster» MMC ilə müqavilə bağlayıb.
Müqavilənin dəyəri 1 milyon 799 min 835,12 manatdır.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.*
N.Abbasova