«RSM Azerbaijan» MMC “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin (SKSP) 2019-cu il üçün maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
““RSM Azerbaijan” SKSP-nin 2019-cu il üçün maliyyə-təsərrüfat fəaliyyətinin auditoru seçilib”, - deyə məlumatda bildirilir.
Hazırda SKSP Azərbaycanda 4 sənaye parkının operatorudur - Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Balaxanı Sənaye Parkı.*
B.Rüstəmbəyov