Azərbaycanda banklar istifadə müddəti başa çatan əhali üçün plastik kartların istifadə müddətini 2020-ci ilin oktyabr ayınadək uzadacaqlar. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Koronavirusun yayılmasına qarşı mübarizə və müştərilər ilə banklar arasında fiziki təmasların minimallaşdırılmasının zəruriliyini nəzərə alaraq, AMB istifadə müddəti başa çatan ödəniş kartlarının istifadə müddətinin 30 sentyabr 2020-ci il tarixinədək uzadılması təklifi ilə banklara müraciət edib”, - AMB-dən qeyd edilib.
Həmin müraciət müvəkkil banklar tərəfindən təmin olunaraq müvafiq ödəniş kartlarının istifadə müddəti avtomatik olaraq uzadılıb. **
X.Nəsirzadə