Azərbaycan hökuməti koronavirus infeksiyası ilə bağlı vəziyyətin pisləşməsi fonunda xüsusi karantin rejimini avqustun 1-dək uzadılması barədə qərar qəbul edib. Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva cümə axşamı brifinqdə bildirib.
O əlavə edib ki, eyni zamanda, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron rayonlarında 21 iyun saat 00:00-dan 5 iyul 06:00-dək sərt karantin rejimi tətbiq olunur.
“Bu 14 gün ərzində qeyd olunan şəhərlərin əhalisi yalnız SMS-icazə və xüsusi icazələr əsasında mənzil və olduqları yeri tərk edə bilər”, - o qeyd edib.
Abdullayeva bildirib ki, bu iki həftə ərzində qeyd olunan şəhərlərdə ticarət mərkəzləri və molların fəaliyyəti qadağan edilir, ictimai iaşə obyektləri yalnız çatdırılma fəaliyyəti göstərə bilər, bərbərxana-gözəllik salonlarında xidmətlər, muzeylərin fəaliyyəti dayandırlacaq. Həmçinin, o əlavə edib ki, bu dövrdə metro məhdudiyyətsiz fəaliyyət göstərəcək, park və bulvarlar açıq olacaq. Abdullayeva vurğulayıb ki, bu dövrdə 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxması tövsiyyə edilmir.
Son 3 həftə ərzində Azərbaycanda yoluxanlarlın sayında artım müşahidə olunur. **
A.Əzizov