TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, Bakı və Azərbaycanın digər iri şəhərlərində ictimai yerlərdə tibbi maskaların istifadəsi ilə bağlı vəziyyət qeyri-qənaətbəxşdir.
“Əfsuslar olsun ki, əhalinin bir hissəsi maskaların istifadəsi məsələsinə hələ də məsuliyyətsiz yanaşır. Simptomlar müşahidə olunmayan şəxslər küçələrdə maskasız gəzir, bu da yoluxanların sayının artmasına gətirir. Yas yerlərində kütləvi yoluxma halları hələ də müşahidə edilir”, - Bayramlı cümə axşamı brifinqdə bildirib.
Onun sözlərinə görə, xəstələrin bəziləri yalız simptonlar pisləşəndən sonra həkimlərə müraciət edirlər, bu da xəstəxanaların kəskin dolmasına səbəb olur.
“Son günlər cüsusi rejimli xəstəxanaların 85% dolmasının şahidi olduq, bu da narahatlıq doğurur. Nəticədə, çarpayıların sayının artırılması və yeni xəstəxanaların koronavirusun müalicəsinə cəlb edilməsinə zərurət yarandı”, - TƏBİB-in sədri bildirib.
Bayramlı əlavə edib ki, heç bir simptomu olmayan və ya zəif olan xəstələrin evdə müalicəsi üzrə hazırlıq işləri başa çatıb.
“Bununla əlaqədar evdə müalicə alan xəstələrin vəziyyətini izləməyə imkan verən mobul əlavənin hazırlanması üzərində işi başa çatdırırıq”, - Bayramlı vurğulayıb.
Son məlumatlara əsasən, Azərbaycada Covid-19-a yoluxanların sayı 11,329 nəfərə çatıb, 6,192 nəfər sağalıb, 139 nəfər vəfat edib. **
Ə.Məmmədov