Azərbaycan hökuməti ölkə ərazisinə giriş-çıxışa tətbiq olunan məhdudiyyətin müddətinin avqust ayının 1-nə qədər uzadılmasına dair qərar qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə bildirib.
Hazırda qüvvədə olan qadağanın müddəti iyulun 1-də bitməli idi.
Bu qərar yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qəbul edilib.
L.Abdullayeva əlavə edib ki, Azərbaycan vətəndaşlarının vətənə qaytarılması istiqamətində işlər davam etdiriləcək.
“Dünən və bu gün Türkiyədə olan Azərbaycan vətəndaşları ölkəyə gətirilib. Onlar koronavirus testindən keçiblər. Bu praktika avqustun 1-dək davam edəcək”, - deyə o qeyd edib.
Qeyd edək ki, mart ayının ikinci yarısından Azərbaycan ərazisinə giriş-çıxışa məhdudiyyət tətbiq olunub.*
Ə.Məmmədov