2016-2019-cu illərdə Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqı (Aİ) arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.
"2016-2019-cu illərdə Şərq Tərəfdaşlığı ölkələri ilə Aİ arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Xüsusilə Azərbaycanla ticarət həcmi 55%, Ukrayna ilə 50% artıb”, – deyə o, Avropa İttifaqı ölkələrinin və “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan 6 dövlətin videosammitindən sonra keçirilən brifinqdə bildirib.
Azərbaycan və Aİ arasında strateji tərəfdaşlığa dair yeni sazişin bağlanması məsələsinə toxunan sədr qeyd edib ki, bu məsələ müzakirə mərhələsindədir.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb.*
Ə.Məmmədov