Azərbaycan Mərkəzi Bankı (AMB) neft bazarında əlverişli vəziyyət fonunda I yarımilliyin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağını istisina etmir.
2020-ci ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $643,6 milyon təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə azdır. Yanvar-mart aylarında bir barel neftin orta qiyməti bir əvvələ olan $61,9-a qarşı $57,6 təşkil edib.
“Tələbin nisbətən artması, eləcə də aprel ayında əldə olunmuş OPEC+ razılaşmasının yenilənərək icrasının təsiri ilə neft qiymətləri bərpa olmağa başlayıb. İyunun ötən dövründə "Brent" markalıneftin orta qiyməti 40 ABŞ dolları olub ki,bu da mayın orta qiymətindən (32,5 ABŞ dolları) 23%, aprelin orta qiymətindən isə (27,1 ABŞ dolları) 48% yüksəkdir”, - deyə AMB-nin məlumatında bildirilir.
Bu ilin 5 ayında ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 19% azalsa da, xarici ticarət balansı profisitli qalıb. İdxalda azalma meyilləri xarici balansa tarazlaşdırıcı təsir göstərir. Qeyd olunanları nəzərə almaqla I yarımilliyin yekunu üzrə də tədiyə balansının cari hesabının profisitli olacağı istisina deyil.
2019-cu ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $4 milyard 364,9 milyon təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 27,9% azdır.*
A.Əzizov