Azərbaycanda koronavirus infeksiyasına daha 438 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 11767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib.
“5299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 410,475 min test aparılıb.*
X.Nəsirzadə