Azərbaycanda koronavirus infeksiyasına daha 491 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Bu, yeni yoluxma sayı üzrə yeni sutkalıq rekorddur.
“Eyni zamanda, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - Qərargahdan bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 12,729 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6,799 min nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib.
“5,776 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - Qərargahdan qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4,947 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 422,049 mindir.**
Ə.Məmmədov