Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar rayonunda su təminatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən 455 min manat Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayırmağı tapşırıb.
Bu addım Çinarlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilir.
Vəsait “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Prezident Əliyev bazar ertədi müvafiq sərəncam imzalayıb. Sənəd dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov