Ədliyyə Nazirliyi Qeqydiyyat və Notariat Baş İdarəsi avadanlığın texniki dəstəyi məqsədilə "İNFİNİTECH"MMC-ni cəlb edib.
www.tender.gov.az saytının məlumatına görə, şirkət ilə qeydiyyat və notariat baş idarəsi, istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturunun 2020-ci ildə saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinin satın alınmasına dair müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 779,98 min manatdır. **
X.Nəsirzadə