İcbari Sığorta Bürosu 2019-cu ildə SOCAR şirkətinin istiqrazlarının alışına sərmayələri 9,1% - 8 milyon 522,252 min manatadək artırıb.
İSB-nin dərc olunan 2019-cu il ərzində audit olunmuş maliyyə hesabatına əsasən, hesabat ilində Büro dövlətin və dövlət şirkətlərinin istiqrazlarının alışına investisiyaları 26% - 13 milyon 583,459 min manatadək artırıb.
2019-cu ildə İSB Maliyyə Nazirliyinin istiqrazlarına investisiyaları70,6% - 5 milyon 61,207 min manatadək artırıb.
SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazları 2016-cı ilin sentyabr ayında 100 mln. dollarlıq həcmdə buraxılıb. Şirkətin istiqrazlarına sorğular $203,4 milyonu ötüb.
Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 100 min ədəd istiqraza bölünüb. Kağızların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarının şaxələndirilməsi və əhali üçün yeni investisiya imkanlarının yaradılmasıdır. İstiqrazlar üzrə gəlirlilik ildə 5% təşkil edəcək. SOCAR istiqrazlarının faizləri hər 3 aydan bir ödənilir. İstiqrazların dövriyyədə olduğu 5 il ərzində ümumi gəlir $25 mln. təşkil edəcək.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb və 2011-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. İSB-nin əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi və bu məqsədlə müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. **
Ə.Məmmədov