Azərbaycanda koronavirus infeksiyasına daha 478 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 13,207 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7,168 min nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib.
“5,878 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4,345 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 426,394 mindir.*
N.Abbasova