"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC prezident İlham Əliyevin "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 15 aprel 2020-ci il tarixli sərəncamının icrası məqsədi ilə iki dövlət proqramı hazırlayıb.
“Proqramlardan biri “"Meliorasiya və Su Təsərrüfatı” ASC-nin inkişafına dair 2020-2030-cu illər üzrə”, digəri isə “Suvarma suyundan səmərəli istifadə edilməsinə və su itkilərinə qarşı ilkin mübarizə tədbirləri haqqında” proqramdır”, - deyə cəmiyyətin məlumatında bildirilir.
Hər iki proqram baş nazirin müavini Şahin Mustafayevin sədrlik etdiyi komissiyaya təqdim edilib.
Proqramlar ortamüddətli (2025-ci ilə qədər) və uzunmüddətli dövlər (2030-cu ilə qədər) üçün nəzərdə tutulub.
"Proqramlar daxili çaylar üzərində su anbarlarının tikintisini, alternativ sulardan istifadənin genişləndirilməsini, suya qənaətedici suvarma texnikası və texnologiyalarının tətbiqini, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanmasını nəzərdə tutur”, - deyə məlumatda vurğulanır.*
B.Rüstəmbəyov