Azərbaycan dini tolerantlıq məsələsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu sözləri Avropa parlamentinin polşalı deputatı Katarjina Uberxan deyib.
"Azərbaycana səfərim zamanı Dini Məsələlər üzrə Dövlət Komitəsinin rəhbəri ilə ünsiyyətdə oldum. Mən dinin kilsə və məscidlərdə qaldığı və hökumətdə olmadığı bu cəmiyyətdə yaranmış dini balansdan təsirlənmişdim", - deyə Uberxan "Şərq tolerantlığının və dünyəvi cəmiyyətin formalaşmasında Azərbaycanın təcrübəsi" mövzusunda Avropa-Azərbaycan konfransında bildirib.
Onlayn konfransın təşkilatçısı Siyasi Tədqiqatlar İnstitutudur.
Onun sözlərinə görə, Polşada sayı 90% olan katoliklərin üstünlük təşkil etməsi səbəbindən kilsənin siyasətə müdaxiləsi problemi müşahidə olunur. Bununla əlaqədar ölkədə mütəmadi olaraq digər dinlərə qarşı dözümsüzlük halları müşahidə olunur.
"Lakin bəzən biz polyak katoliklərlə digər konfessiyaların nümayəndələri arasında müəyyən gərginliyin şahidi ola bilərik və elə hallar olur ki, onların baş verməməsi daha yaxşıdır: məsələn, vandalizm aktları və yəhudi qəbiristanlıqlarının təhqir edilməsi. Bizdə, həmçinin islamofobiya da müşahidə olunur. Bununla əlaqədar düşünürəm ki, hazırda Polşada tolerantlıq böyük problemdir, o cümlədən də miqrantlara münasibətdə", - deyə Uberxan qeyd edir.
Deputat hesab edir ki, Polşa müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələrinin dinc yanaşı yaşadığı Azərbaycandan çox şey öyrənə bilər.*
X.Nəsirzadə