Azərbaycanda koronavirus infeksiyası ilə əlaqədar sərt karantin rejiminin tətbiq olunduğu 4 şəhər və 4 rayonda işsizlərə 190 manat məbləğində birdəfəlik ödəmə veriləcək.
Nazirlər Kabinetinin saytında dərc olunmuş qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad və Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.
2020-ci ilin aprel-may aylarında Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 200 minə yaxın işsiz ayda 190 manat məbləğində birdəfəlik yardım alıb. Bu məqsədlər üçün dövlət büdcəsində 70 milyon manat ($41,2 milyon) nəzərdə tutulub.*
X.Nəsirzadə