Azərbaycan hökuməti çərşənbə axşamı Gürcüstan və Rusiya Federasiyasından 428 nəfər Azərbaycan vətəndaşının ölkəyə qayıtmasını təmin edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Gürcüstandan ölkəmizə 176 nəfər soydaşımız Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçərək vətənə qayıdıb. Azərbaycan və Rusiya sərhədindəki Samur sərhəd-nəzarət məntəqəsi vasitəsilə ölkəmizə gəlmək istəyən 252 vətəndaşımızın da Azərbaycana qayıtması təmin edilib”, - Qərargahdan vurğulanır.
Sərhədi keçən vətəndaşlar Azərbaycanda tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq karantin zonalarında yerləşdirilirlər. **
A.Əzizov