Azərbaycanda koronavirus infeksiyasına daha 508 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
İlk dəfə sutkalıq yoluxanların sayı 500 nəfəri ötüb.
“Eyni zamanda, 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 13,715 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7,503 min nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib.
“6,045 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,464 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 432,858 mindir.**
A.Əzizov