SOCAR şirkəti iki nəfərin meyitini aşkar edib, onlardan biri 2015-ci il dekabrın 4-də dənizdə itkin düşən azərbaycanlı neftçinin meyiti olduğu müəyyən olunub. Bu barədə “İnterfaks-Azərbaycan”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
“Cari ilin may ayında Xəzər dənizində boru kəmərlərinin monitorinqi həyata keçirilən zaman 190 metr dərinlikdə kəmərin alt hissəsində iki neftçinin meyitləri aşkar edilib. İyunda aparılan təkrar monitorinq zamanı 190 metr dərinlikdə daha iki nəıfrin meyiti aşkar olunub. DNT analizinin nəticələrinə əssaən, meyitləri aşka edilən şəxslərdən biri 2015-ci il dekabrın 4-də"Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş 1971-ci il təvəllüdlü Elşad Rəsulov olduğu müəyyənləşib”, - Əhmədov bildirib.
SOCAR-ın nümayəndəsinin sözlərinə görə, çərşənbə günü neftçinin meyiti ailə üzvlərinə təhvil verilib.
«İkinci həlak olanın şəxsiyyətinin müəyyən edilməsi məqsədilə DNT analizi hələ davam edir”, - o vurğulayıb.
Xəbər verildiyi kimi, 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusunun qırılması və boru kəmərinin zədələnməsi nəticəsində yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib. 33 nəfər xilas edilib. 14 neftçinin cəsədi tapılıb, 16 nəfərin axtarışları davam etdirilirdi. **
N.Abbasova