Ağdam Rayon İcra Hakmiyyəti abadlıq işləri ilə əlaqədar 549,119 min manat ümumi məbləğdə üç müqavilə bağlayıb.
www.etender.gov.az saytının məlumatına görə, “Qarabağ Təmir Tikinti” MMC ilə iki müqavilə imzalanıb: birinci müqavilə Ağdam rayonunun Xındırıstan kəndinin abadlaşdırılması, ikinci müqavilə - Quzanlı qəsəbəsi və Xındırıstan kəndini birləşdirən yolun əsaslı təmirini nəzərdə tutur.
İmzalanan müqavilələrin dəyəri müvafiq olaraq 115,562 min manat və 269,999 min manatdır.
Bundan başqa, Quzanlı qəsəbəsi və Xındırıstan kəndinin yaşıllaşdırılması işlərinə dair “Qarabağ 81” MMC ilə müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 163,558 min manatdır. **
X.Nəsirzadə