Azərbaycan və Qazaxıstanın nəqliyyat idarələri 2020-ci il avqustun 1-dən sonra uçuşların bərpası məsələsini nəzərdən keçirəcəklər. Bu barədə Qazaxıstanın Bakıdakı səfirliyindən məlumat verilir.
Bu məsələ Qazaxıstanın sənaye və infrastruktur inkişaf naziri Beybut Atamkulov və Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə arasında telefon söhbəti zamanı müzakirə olunub.
“Nazirlər cari il avqustun 1-dən sonra ölkələrdə və dünyada epidemioloji vəziyyət nəzərə alınmaqla iki ölkə arasında uçuşların bərpası məsələlərinin müzakirəsinə dair qərar qəbul ediblər”, - məlumatda qeyd olunur.
İki ölkə arasında mövcud razılıqlara əsasən, hər tərəfin həftədə 16 sərnişin və yükdaşıma reysinin yerinə yetirilməsinə icazə var. **
N.Abbasova