Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva çərşənbə günü Gəncə şəhərinə səfərə gəliblər.
Məlumata əsasən, dövlət başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.
Səfər çərçivəsində prezident “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak edib.
Bundan başqa, dövlət başçısı Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olub. **
Ə.Məmmədov